XƏBƏRLƏR/Konica Minolta C250i

Konica Minolta istifadəçilərin və gündəlik əməliyyatların rahatlığını təmin edən planşet ölçüsündə rəngli sensor panel ilə təchiz olunmuş yeni  bizhub i seriyasını təqdim edir.

Konica Minolta ən son texnologiyalar sayəsində  ətraf-mühit təsirlərini minimuma endirmək və xərclərə qənaət etmək imkanı verir. Əlavə olaraq, təhlükəsizlik funksionallığı məlumat itkisi riskini minimuma endirmək  və konfidensiallığı qorumağı təmin edir.

Ofis daxilində məhsuldarlığı təmin etmək və professional şəkildə sənədlərin hazırlanması üçün biqovka və tikmə işlərini özündə birləşdirən əlavə finişer imkanları da Konica Minolta ilə artıq daha əlçatandır.  Dəqiqədə 25 səhifə çap sürəti, A6 formatından -SRA3 formatına qədər geniş çap formatı, həm ağ-qara, həm də rəngli çap üzrə 28000 vərəqədək toner ehtiyyatı,  6650 vərəq lotok həcmi ilə C250i modeli digər seriyalardan heç də geri qalmır.