PST JET 250 UV printerlərində ultrabənövşəyi işıqlar sayəsində maye halından dərhal bərk hala keçən ultrabənövşəyi mürəkkəbdən istifadə etdildiyi üçün çap materiallarına buxarlanma və hopdurma çox az olur. Mürəkkəbin yayılma şansı olmadığından görüntünün detallarının qorunub saxlanılması bu printerlərin əsas üstünlüklərindəndir. Bundan əlavə, çap olunmuş məhsullar suya davamlıdır və zamanla rəngləri solmaz. Bu avadanlıq akril, PVC kart və ya keramika kimi substratlara birbaşa çap etmə təklif edir. JET 250 UV işləmə temperaturunu azaldan və istiliyə həssas substratlar üzərində çap etməyə imkan verən enerjiyə qənaətli LED UV lampaları ilə təchiz olunub.
Xüsusiyyətlər
Çap keyfiyyəti: 5760 x 1440 dpi
Maksimum çap ölçüsü: +A3 (290mm x 550mm)
Elektrik istehlakı: AC 220 V, 15 V (enerji qənaət rejimində 2.5 V)
Məhsulun ölçüləri: 740mm X 900mm X 570mm
Məhsulun çəkisi: 60 kq
Çap sürəti: 720 X 720 dpi / 1 dəq 30 san (290 x 550 mm ikiüzlü çap)
:1440 X 1440 dpi / 5 dəq 15 san (290 x 550 mm ikiüzlü çap)
: 2880 X 1440 dpi / 10 dəq 25 san (290 x 550 mm ikiüzlü çap)
Üstünlüklər
- 10 000 saata qədər ömürlü LED UV lampaları ilə təchiz olunub.
- Printer hər hansı bir 10 sm qalınlığında bərk maddə və ya obyektə birbaşa çap etməyə imkan verir.
- Səkkiz rəngli mürəkkəb geniş tətbiqetmə ehtiyacını qarşılayır.
- Güclü, canlı rənglərlə mükəmməl mürəkkəb örtük suya davamlıdır.
- Printer şəxsiləşdirilmiş hədiyyələr, mükafatlar, etiketlər, işarələr, qablaşdırmalar və s. hazırlamaq üçün idealdır.