Morgana Major Folder

Morgana Major Folder, möhkəm və yığcam dizaynı ilə çap mərkəzləri və böyük tirajnan işləyəm mətbəələrdə intensiv istifadə üçün idealdır. Avadanlıq parametrləri proqramlaşdırmaq üçün rəqəmsal ekranla təchiz olunmuşdur və buna görə də istifadəsi çox rahatdır. Rəqəmsal dəyişiklik nəzarətindən istifadə edərək formatdan formata və qat növünə keçid yalnız bir neçə saniyə çəkir.

Məhsulun bənzərsiz və  patentləşdirilmiş Dial-a-fold texnologiyası sayəsində qatlama 0,1 mm dəqiqliklə həyata keçirilir.  Morgana Major Folder, ənənəvi qatlama metodundan istifadə edərək 56 - 240 q / m2 sıxlığı olan materiallar üçün saatda 27.000 vərəqə qədər işləyə bilir. Beləliklə, sifarişin vaxtını və sürətini tam olaraq idarə edə və tirajı vaxtında çatdıra biləcəksiniz.

Üstünlükləri:

  • Müxtəlif çəkidə materiallar ilə işləyə bilən güclü kağız ötürücünün mövcudluğu
  • Qatlama prosesinə başlanmadan öncə kağızların kənardan düzləşdirilməsi
  • Kağız tıxaclarının qarşısını alan  kiçik vakuum təzyiqi
  • İki qat kağız və kağızların əzilməsinin deteksiyası
  • Uzun ömürlü xüsusi qatlanan silindirlər
  • Dəyişən sürət
  •  

    Xüsusiyyətləri:

  • Maks vərəq ölçüsü: 674mm x 365mm
  • Min vərəq ölçüsü: 148mm x 140mm
  • Maks kağız çəkisi: 240gsm(material növünə əsasən dəyişir)
  • Min kağız çəkisi: 56gsm
  • Yükləmə həcmi: 500 vərəq, 80 gsm
  • Proqramlaşdırılmış tətbiqetmələrin maks sayı: 6
  • Sürət:  0-27.000 A4 / saat
  • Ölçülər:  1168mm x  493mm x 990mm
  • Güc: 240 V
  •  
     
    Rəsmi saytda avadanlıqla tanış ola bilərsiniz: plockmaticgroup.com