Morgana FSN numeratoru müasir dizayn və rahat mexanizmi ilə sizi vaxt aparan nömrələmə öhdəliyindən azad edir. Olduqca sürətli və sadə idarəetmə paneli isə işinizi xeyli asanlaşdıracaq. Avadanlığa daxil edildikdən son mərhələyə qədər kağıza xüsusi nəzarət edilir ki, bu da etibarlılığı tam təmin edir. Morgana FSN rəqəmsal və ofset mətbəələri üçün unikal seçimdir. Səkkiz nömrələmə başlığının hamısı eyni anda işləyən bu avadanlıq 72.000-ə qədər çap etmək və saatda 9000 vərəq emal etmək mümkündür. Yüksək məhsuldarlığı ilə seçilən numerator əlavə olaraqda dəlik açma, kəsim və perforasiya kimi prosesləri yalnız bir keçiddə və vərəq dayanmadan həyata keçirə bilir.
Üstünlükləri:
Yüksək dəqiqliklə kağızın ötürülməsi və kağızlara yüksək nəzarət;
Güclü vakuum avtomatik kağızötürücü;
İşlərin tez və asan tənzimlənməsi;
Tək keçiddə istənilən yerdə vərəqdən vərəqə nömrələmə və perforasiya;
Uzun müddət davamlı işləmə imkanı;
Mobillik və kompaktlıq.
Xüsusiyyətləri:
Sürət: 9000 vərəq/saat
Max. vərəq ölçüsü: 457mm x 457mm
Min. vərəq ölçüsü: 210mm x 125mm
Kağızın min qalınlığı: 56 q/m2
Max. nömrələmə başlığı: 8 ədəd