Masterpress 02

İsti press avadanlığı Masterpress 02 - folqa ilə və ya sadə press üçün unikal seçimdir. Bu avadanlıq, klişe və şriftlər istifadə edərək peşəkar ştamplama üçün təqdim olunan ən yeni həlldir. Əlavə tənzimləmələr olmadan, isti press avadanlığı ilə üzlüklərdə və ya yeni hazırlanmış kitablar üzərində yığılmış sriftlər və ya klişe vasitəsiylə qızılbasma etmək mümkündür. Master- çərçivədə müxtəlif yüksəklikdəki şriftlərdən mətn yaza və ya müxtəlif formatlı mətnlərin və klişelerin birləşdirilməsini yığmaq mümkündür. Yüksək təzyiq sayəsində Masterpress 02 avadanlığı forma kəsimi üçün istifadə edilə bilər. Press avadanlığı Masterpress 02 mətbəələrdə, nəşriyyatlarda,çap mərkəzlərində peşəkar istifadə üçün tövsiyə olunur.

Xüsusiyyətləri:

  • İş sahəsi 200x200 mm
  • İş sahəsinin max hündürlüyü 60 mm
  • İşləmə temperaturu 30-190 C
  • Max təzyiq gücü 5 ton
  • Folqanın max eni 230 mm
  •  

    Üstünlükləri:

  • LCD - ekran
  • Emal vaxtının hesablanması
  • Təyin olunmuş və mövcud temperaturun eyni vaxtda göstərilməsi
  • Menuya 10 proqrama daxil etmə imkanı
  • Bitmiş folqanın avtomatik yenilənməsi
  •