KIP C7800

KİP C7800 yüksək keyfiyyət, sürət və xərc effektivliyi tələb edən geniş formatlı tətbiqlər üçün çox yüksək sürətli və keyfiyyətli rəngli/ağ-qara çap istehsal sistemidir. Müxtəlif texniki və istehsal ehtiyacları üçün ideal olan KİP C7800 güclü çap nəzarət imkanları və çoxsaylı istehsal üstünlükləri təmin edərək iş prosesinin daha sürətli və etibarlı olmasına, nəticənin daha səmərəli və keyfiyyətli olmasına imkan verir. Belə ki, bu avadanlıq istifadəçilərə müxtəlif növ çap üsulları, bulud əsaslı çap, skan, kopyalama və tam inteqrasiya olunmuş yığım və qatlama təklif edir. KİP C7800 sadə əməliyyat, avtomatik sonlandırma, üstün görüntü keyfiyyəti sayəsində müştərilərinizi geri dönməyə məcbur edəcək və ən qısa çatdırma müddətində belə işlərinizi etibarlı şəkildə təhvil verməyinizi təmin edəcək.

Xüsusiyyətlər

  • Çap sürəti: 390 m²/saat (ağ-qara); 325 m²/saat (rəngli)
  • Çap keyfiyyəti: 600 x 2400 dpi
  • Elektrik gücü: 230V 50/60Khz 20A
  • Elektrik istehlakı: 0.8 kV (gözləmə), 2.0 kV (print), 10 V (enerji qənaət rejimi)
  • Məhsulun ölçüləri: 1376x790x1450 mm
  • Məhsulun çəkisi: 540 kq

 

Üstünlüklər

  • Yüksək keyfiyyətli rəngli və ağ-qara çap əməliyyat xərclərini azaldan unikal bir LED çap dizaynını özündə birləşdirir.
  • Sistem çap edərkən rulonların dəyişdirilməsi ehtiyacını azaldır
  • Böyük toxunmaekran sistemin işini olduqca sadə edir, hər bir əsas sistem funksiyası bir interfeysdən asanlıqla istifadə edilə bilər.
  • Grafik fayllar üçün RİP sistemi
  • Əlavə sürücülər və ya tətbiqetmələr quraşdırmadan telefondan, tabletdən, notbukdan, PC-dən, Web brauzerdən, elektron poçt ünvanından istifadə edərək çap və skan etmək imkanı
  • İmage stamping funksiyası vasitəsi ilə çapdan əvvəl iki faylı birləşdirmək imkanı