Duplo DFC-101

Duplo DFC-101 kompakt ölçülü kollatorun istifadəsi rahatdır və saatda 7200 bloka qədər sürətə malikdir. Üç kağız ötürmə silindiri və tənzimlənən kağız ayırıcıları ilə təchiz olunmuş bu avadanlıq 128 gsm-ə qədər müxtəlif keyfiyyətli və örtüklü kağızlarla etibarlı fəaliyyətini təmin edir.  İkiqat kağızın ötürülməsi və ötürülmə tənzimləmələri cihazın dəqiqliyini təmin etməyə kömək edir.  Dörd ötürmə üsulu (normal, interleave, blok rejimi və alternativ) daha səmərəli fəaliyyət üçün rahatlıq təmin edir. Yeni sayma rejimləri (sayma rejimi 1 və 2) DFC-101-in hesabat sayğacı kimi istifadə edilməsinə imkan verir. İşlənmiş rəflərin sayı isə LCD ekranda göstərilir. Digər özünəməxsus xüsusiyyətlər - sayma / geri sayma, təkrar emal, kağız boşluğu aşkarlama, kağız ilişməsinin aşkarlanması və s. kollatorun əsas üstünlükləridir.

Xüsusiyyətlər:

  • Rəflərin sayı: 10
  • Rəf həcmi: 350 vərəq
  • Kağız genişliyi: 160 mm - 320 mm
  • Kağız uzunluğu: 140 mm - 450 mm
  • Kağız Çəkisi: 52.3 -128 gsm (orta və yüksək keyfiyyətli kağız)
  • Sürət: 7200 dəst / saata qədər (LTR lef / düz yığma)
  • Güc: 100 - 240v
  • Güc istehlakı: 1,2 - 0,8a
  • Ölçülər: 820 x 618× 1000 mm
  •  

    Üstünlüklər:

  • 4 ötürücü üsulu (Normal, Aralıq, Blok və Alternativ)
  • 2 vərəq sayma rejimi
  • Istifadəni asanlaşdıran idarəetmə paneli
  •  

    Rəsmi saytda avadanlıqla tanış ola bilərsiniz:  duplo.com