Contex HD Ultra X seriyası - Geniş formatlı CCD skaneri maksimal sürət həddi ilə effektivliyi əhəmiyyətli dərəcədə artırır və olduqca yüksək (17.8 ips) sürəti ilə vaxta qənaət edir. Aparıcı görüntü keyfiyyəti, CCD texnologiyası və 48 bitlik RAW məlumat toplama avadanlığın əsas üstünlüklərindəndir. Xəritə, rəsm, afişa və qəzetləri məhz bu skanerin köməkliyi ilə daha dəqiq və asanlıqla skan etmək mümkündür.
Üstünlükləri:
Keyfiyyətli CCD texnologiyası
Premium Fujifilm linzalarından istifadə və LED işıqlandırma
OTAC - qalınlığı tənzimləmə, Contex AIO tətbiqi, statiksiz təmassız şüşə sistemi
Şəbəkə və bulud xidməti dəstəkləmə və hətta smartfon vasitəsilə istifadə
Sensor panelindəki üç müxtəlif sürət həddinin skaneri iş prosesinə və orijinal tələblərə asanlıqla uyğunlaşdırması
Xüsusiyyətləri:
Maksimum skan genişliyi: 1067 mm
Maksimum skan sıxlığı: 9600 dpi
Sürəti: 17.8 ips
Əməliyyat sistemi: 64-bit Windows OS
Dəqiqlik: 0,1% +/- 1 pixel