ComColor GD 9630

ComColor GD 9630 – dünyanın ən sürətli printeri!

Dəqiqədə 160 tamrəngli səhifə çap edən bir maşın. A3 ölçüsünədək çap, çoxlu sayda aksesuarların qoşula bilmə imkanı və inanılmaz qənaətcillik bu maşını böyük çap həcmi olan şirkətlər üçün ideal seçim edir. 
 
Avadanlığın üstünlükləri:

  • Dəqiqədə 160 səhifə vuran dünyanın ən sürətli printeri
  • 3 ədəd əlavə frontal kasetlər kağız yükləmə imkanını 2500 vərəqədək artırır, həmçinin fərqli formatlı kağızlarla işləmək imkanı verir
  • Çap zamanı optimal nəticəyə çatmaq üçün printer kağızın növü və qalınlığından asılı olaraq  özü kağız ötürmə prosesini avtomatik tənzimləyir
  • Mükəmməl ötürmə traktı sayəsində printer fərqli qalınlıqlı kağızlar (46 – 210 q/m2), eləcə də emal olunmuş kağızlar, zərflər və açıqcaların öhdəsindən məharətlə gəlir
  • Printer nöqtəni əmələ gətirən boya damcılarını – 1 ədəddən 7 ədədədək – idarə etməyə imkan verir.