ComColor FW 5230

Tamrəngli Riso ComColor FW 5230 –  dəqiqədə 120 tamrəngli səhifə çap edən RİSO A3 formatlı avadanlıq xəttinin sürətli püskürtmə printeridir. Sürət çapın sıxlığından asılıdır, standart olaraq isə 4 damcıdır. Standart sıxlıq 300x300 dpi, təkmilləşdirilmiş isə 300x600 dpi-dır. İki ədəd ön ötürücü lotok daxil edilən kağız həcmini 2000 vərəqədək artırır, eləcə də müxtəlif format və növlərdə kağız materilları ilə asan işləməyə imkan verir ki, bu da çoxistifadəli mühit üçün ideal seçimdir.

Riso ComColor FW 5230 rizoqrafının çap texnologiyası

ComColor printerlərinin çap mexanizmi 4 ədəd paralel xətt üzrə yerləşən  CMYK (əlavə olaraq GD modellərində Boz rəng ) çap başlıqlarından ibarətdir. Bu vərəqin bir gedişdə bütün eni boyu çap olunmasını təmin edir, belə ki, kağız vərəq çap blokunun altından fasiləsiz keçir. Çapın uzunluğu formata görə dəyişir – A3 format maşınlar üçün 316 mm və A4 format üçün 212 mm. Çap sıxlığı standart olaraq 300x600dpi, daha təkmilləşdirilmiş isə 600x600 dpi-dır.

Boyanın vurulması üçün pyezo texnologiyadan istifadə edilir: elektrik impulsu təzyiqə çevrilir və nəticədə çap başlığı müəyyən həcmdə boya damcısını kağızın üzərinə püskürdür.