BQ-470

Mükəmməl cildləyici BQ-470 tam avtomatlaşdırma və toxunma ekran nəzarəti ilə qısa müddətli yüksək keyfiyyətli kitab istehsalında xüsusi dəqiqliyə malikdir. Sistemin tam avtomatlaşdırılması sayəsində prosesdə iştirak edən operatorun bu sahə üzrə təcrübəli və yüksək qabiliyyətli olması tələb olunmur. Avadanlıq 4 sıxaca malikdir, hər bir sıxac və kitab qalınlığı ilə əlaqəli bütün düzəlişlər avtomatik olaraq, bir neçə saniyə ərzində edilir. Kitab qalınlığı məlumatı isə Horizon Sİ-470 inteqrasiya edilmiş kaliper vasitəsilə daxil edilir.

Xüsusiyyətlər

  • İstehsal sürəti: 1000 dövrə/saat (PUR)
  • Maksimal kitab formatı: 320 x 320 mm
  • Minimum kitab formatı: 145 x 105 mm
  • Maksimum örtük formatı: 320 x 660 mm
  • Minimum örtük formatı: 135 x 225 mm
  • Kitab qalınlığı: 1- 65 mm
  • Elektrik gücü: 220 V / 400 V, 50-60 Hz
  • Məhsulun ölçüləri: 3.620 x 2.240 x 2,000 mm

 

Üstünlüklər

  • Sistem intuitiv ikon əsaslı LCD toxunma ekran vasitəsilə tam avtomatlaşdırılmış quraşdırma təmin edir.
  • Müxtəlif müştəri tələblərinə cavab vermək məqsədi ilə avandanlığın həm EVA, həm də PUR isti, ərimiş yapışqanları üçün yapışqan çəni müştəri tərəfindən rahatlıqla dəyişdirilə bilir.
  • Peşəkarlıqla tamamlanmış kitablar hazırlamaq üçün sadələşdirilmiş və dəqiq dəyişmə təmin edilir.
  • Avadanlıq cildlənmədə olan hər kəs tərəfindən asanlıqla idarə olunur.
  • Erqonomik sürüşmə pəncərələri asan, təhlükəsiz giriş və əməliyyatların aydın görünüşünü təmin edir.