Azon Tex Pro geniş çeşiddə geyimlər üzərinə kristal kimi aydın çap təmin edən mürəkkəb püskürtməli printerdir. 4 CMYK və 4 ədəd ağ mürəkkəb kartricə malik olan bu avadanlıq açıq və tünd rəngli köynəklər, dəsmallar, jinslər, önlüklər, çantalar və başqa geyim növləri üzərində gözəl rəng çalarları ilə müxtəlif təsvirlər çap etmək imkanına malikdir. Çap olunan bütün məhsullar suya davamlıdır və təkrar istifadədən sonra solğunlaşmır. Azon Tex Pro çap sisteminin səmərəli iş prinsipi sayəsində çap prosesinin xərclərini effektiv etmək üçün çap həcmini artırmağa ehtiyac yoxdur.
Xüsusiyyətləri
- Çap ölçüsü: 400 mm x 600 mm
- Çap qalınlığı: 100 mm
- Çap keyfiyyəti: 1440 dpi
- Çap sürəti: 50 açıq rəngli köynək/saat; 15 tünd rəngli köynək/saat
- Elektrik gücü: AC 100/230 V, 110 W
- Məhsulun ölçüləri: 960 mm x 810 mm x 460-580 mm
- Məhsulun çəkisi: 113 kq
Üstünlükləri
- Printer ağıllı lazer çap sistemi ilə təchiz olunub.
- Aparıcı mexanizm həm açıq, həm də tünd rəngli köynəklər üzərində çap qabiliyyətinə malik CMYK və ağ mürəkkəb püskürtmələrindən istifadə edən Epson DX5 çap başlığından ibarətdir.
- Mürəkkəblər təzyiqli katriclərdə yerləşdirilir.
- Printerin istifadəsi çox sadə və asandır, yüksək mənfəət dönüşünü təmin edir.
- Azon Tex Pro kiçik və orta ölçülü istehsala və çapın fərdiləşdirilməsinə imkan yaradır.