Azon mason printeri Azons UV LED maşınlarının yeni nəsilidir və yüksək həcmli əməliyyatların tələblərinə cavab vermək üçün nəzərdə tutulub. Avadanlıq qalınlığı 10 mm-ə qədər olan PET, ABS, polikarbonat, TPU, taxta, daş, şüşə, kətan, keramika, dəri və digər geniş çeşidli yumşaq materiallar üzərinə maksimum 590 x750 mm ölçüdə çap imkanı təmin edir. Bundan əlavə, Azon Mason texnologiyası 2880 dpi çap keyfiyyəti sayəsində öz istifadəçilərinə bütün çap modellərində şəkil-görüntü keyfiyyəti təqdim edir. Azon Mason düz və yüngül əyri səthlər üzərinə incə və gözəl detallar çap etmək üçün idealdır.
Xüsusiyyətlər
- Maksimum çap ölçüsü: 590 mm x 750 mm
- Maksimum qalınlıq: 10 mm
- Çap keyfiyyəti: 2880 dpi
- Elektrik gücü: AC 100/230 V, 1.8 A, 50/60 Hz
- Elektrik istehlakı: 264 W
- Məhsulun ölçüləri: 1310 x 1200 x 820 mm
- Məhsulun çəkisi: 230 kq
- Səs səviyyəsi: 60 dB (A) və ya daha az
Üstünlüklər
- Yalnız yeni Azon Mason üçün mövcud olan UV TurboJet mürəkkəbləri çapın keyfiyyətini artırır və çap başlığının ömrünü uzadır.
- Mürəkkəb balonları elə əməliyyat müddətində mürəkkəb butulkalarından birbaşa doldurularaq mürəkkəb itkisini minimuma endirir və fasiləsiz, davamlı çap təmin edir.
- Azon RİP proqramı İllustrator, CorelDraw, Photoshop və bir çox başqa proqramlara ehtiyyacı azaldaraq, istifadəçilərə ən populyar tətbiqlər üçün lazımi parametrləri anında seçməyə imkan verir və printerin məhsuldarlığını önəmli dərəcədə artırır.