AccurioPress C6085

AccurioPress C6100 Seriası iki model ilə təmsil edilib – C6085 (istehsal gücü – 85 səh/dəq) və C6100 (100 səh/dəq). Bu modellər, istehsaldan çıxarılmış bizhub C1100 və С1085 modellərini əvəzləyib. Yeni MFP rəqəmsal çap həcmlərini artırmaq istəyən və davamlı olaraq böyük tirajlar çap edən müştərilər üçün nəzərdə tutulub. Stabil kağız ötürmə xüsusiyyəti, 52-400 qr/m 2 arası sintetik, özüyapışan, relyef fakturalı kağızlar daxil olmaqla istənilən materiallarda geniş çap imkanları yaradır.

Konica Minolta AccurioPress C6085 modelinin üstünlükləri:

  • Yüksək məhsuldarlıq
  • Çap mexanizminin etibarlı konstruksiyası
  • Sərf materiallarının və ehtiyat hissələrinin yüksək davamlılığı
  • Üz və arxa çapın inanılmaz dəqiqliyi
  • Kiçik tirajlarda çap nüsxəsinin maya dəyərinin aşağı olması
  • Termoyapışdırıcı modul kəmərinin yerdəyişmə mexanizmi

 

Çapdan sonra geniş emal imkanları:

  • 6 müxtəlif qatlama variantı
  • 2 və 4 dəlik açma imkanı
  • Digər istehsalçıların çap sonrakı avadanlıqlarının qoşulması üçün interfeys
  • Böyük həcmli kağız yığma qurğusu
  • İşçinin çap prosesinə minimum müdaxiləsi
  • Xərclərin azaldılması