Fellowes AutoMax 130C

Fellowes AutoMax şrederləri sadəcə 1 düymə ilə kağız yığınını avtomatik olaraq məhv etmək imkanı təqdim edir. Patentləşdirilmiş AccuFeed sistemi xüsusilə məxfi sənədlər
olduqda sürətli və dəqiq məhv etməni təmin edir. Avadanlıq kağız topasını olduğu kimi, yəni skoba, sancaq kimi materialları kağız üzərindən çıxarmadan doğraya bilir.

Şrederin məhv etdiyi materiallar: skoba, sancaq, kredit kart

Fellowes markasının ADF modelli AutoMax® 130C avadanlığı problemsiz avtomatik məhvetməni təmin edir, iş yerlərində istifadə üçün idealdır.

Avtomatik məhvetmə: 130 vərəq; manual: 8 vərəq

31 litr həcmində səbət ilə iş yerini təmiz saxlamağa kömək edir.

Digər xüsusiyyətlər:

  • Kəsim növü: Çarpaz kəsim
  • Təhlükəsizlik səviyyəsi: P-3
  • Kəsimin ölçüsü: 4 x 51mm
  • Avto revers: var