Bizhub C287

Sürət, operativlik, yüksək həcmli iş qabiliyyəti və uzun ömürlü çap resursları ilə Konica Minolta Bizhub C287 printer avadanlığı eyni zamanda təbiət dostu olmaqla ofis şəraiti üçün ən uyğun modellərdəndir. Dəqiqədə 28 vərəq A4 kağız print etmək qabiliyyətinə malik olan bu avadanlıq eyni zamanda 1,2 metr uzunluğa qədər xüsusi formatlar və banner çap edə bilmə xüsusiyyətilə şirkətinizin marketing işlərində də sizə dəstək ola biləcək. 60-256 gsm kağız götürmə qabiliyyəti və avtomat qatlama, tikmə opsiyası ilə siz eyni zamanda 20 vərəqə qədər həcmi olan jurnallarınızın hazırlanma işlərini də avtomatlaşdıra biləcəksiniz. Çap etmə, Kopyalama və Scan etmə funksiyaları ilə 3/1 özəlliyi olan bu avadanlıq ofis və reklam işlərinizdə yüksək keyfiyyət əks etdirəcək.

Avadanlığın əsas xüsusiyyətləri:

Sürət: A4/A3:28/14 Səh/dəq ağ-qara

Kağız formatı: A6-SRA3, 1,2 metr uzunluğa qədər xüsusi formatlar və banner format

Aylıq Çap Həcmi: Max. 28,000 səhifə

Toner həcmi: B-24,000 səhifəyə qədər; CMY-21,000 səhifəyə qədər

Developer lifetime Black 600,000

Developer lifetime CMY 600,000

Drum lifetime Black 105,000

Drum lifetime CMY 90,000

Avtomat Qatlayıcı, Dəlik açan, Tikən, Buklet hazırlayıcı opsiya

-Ştapel Max. 50 vərəq və ya 48 vərəq + 2 üz qapağı ( max. 209 g/m² )
-Buklet Max. 20 vərəq və ya 19 vərəq + 1 üz qapağı ( max 209 g/m² )