Masterwork NC-7100

NC 7100 "back office" əməliyyatlarında pulun səmərəli idarə olunmasına artan tələbatı qarşılamaq üçün nəzərdə tutulmuş ağır, ikicibli pul sayan avadanlıqdır. Etibarlı sensor dəsti və kompakt dizaynı ilə yüksək məhsuldarlığa və xərclərin azaldılmasına imkan verən bu sistem pul emalı proseslərinin qabaqcıl həllini təmin edir. Belə ki, NC 7100 banknotların hesablanması, çeşidlənməsi və yoxlanması ilə yanaşı, kəsilmiş, deşilmiş, əzilmiş və çirklənmiş banknotların aşkarlanmasını da həyata keçirir. Bundan əlavə, bu sistem Son İstifadəçi Aləti (End User Tool) Proqramı sayəsində tarixi, müştərilərin adı və seriya nömrəsi ilə hər bir əməliyyatın saxlanmasına və izlənməsinə imkan verir. Əminliklə deyirik ki, NC 7100 sizin gözləntilərinizi üstələyən mükəmməllikdir.

Xüsusiyyətlər

  • Valyuta sayı: 10-a qədər
  • Hesablama sürəti: 1300/1100/1100 banknot/dəqiqə
  • Elektrik təchizatı: 100 - 240V AC, 50/60 Hz
  • Elektrik istehlakı: 50 V
  • Məhsulun ölçüləri: 330x330x350 mm
  • Məhsulun çəkisi: 18 kq

 

Üstünlüklər

  • Rəngli TFT LCD ekran və tam qrafik istifadəçi interfeysi
  • LAN vasitəsilə printer və ya sistemə qoşularaq işlənmiş banknotların seria nömrələrini və ya bütün mühüm əməliyyat nəticələrini çap etmək imkanı
  • Küncləri əzilmiş, deşikləri olan, çirklənmiş əlverişsiz banknotları aşkar etmək qabiliyyəti ilə banknotun uyğunluq və ya keyfiyyətə görə çeşidlənməsi
  • MR, MG, CİS, UV, İR əks etdirmə və ötürmə, eləcə də lent sensoru sayəsində saxta banknotların aşkarlanması
  • Fərdi qəbul üstünlükləri sayəsində eyni anda maşından iki istifadəçinin yararlanmaq imkanı