Masterwork NC-6500

NC-6500 xüsusilə kassirlər üçün nəzərdə tutulmuş, səmərəli və aşağı səs-küylü, iki cibli pul sayan maşındır. LAN vasitəsilə printer və ya sistemə qoşularaq işlənmiş banknotların seria nömrələrini və ya bütün mühüm əməliyyat nəticələrini çap edə bilən avadanlıq yalnız banknotların yoxlanmasını deyil, həm də sayılmasını və valyutaya əsasən çeşidlənməsini təmin edir. Bundan əlavə, surət emal texnologiyası sayəsində çekləri skan etmək qabiliyyətinə malikdir. NC-6500 kompakt, eleqant və hamısı bir arada (all-in-one) dizaynı ilə bütün yorucu əməliyyatları bir toxunuşla yerinə yetirərək sizə sürətli, təhlükəsiz, etibarlı və məhsuldar iş prosesi təklif edir.

Xüsusiyyətlər

  • Valyuta sayı: 10-a qədər
  • Hesablama sürəti: 1100/900/700 banknot/dəqiqə
  • Elektrik təchizatı: 100 - 240V AC, 50/60 Hz
  • Elektrik istehlakı: 50 V
  • Məhsulun ölçüləri: 280x272x282 mm
  • Məhsulun çəkisi: 8.2 kq

 

Üstünlüklər

  • Küncləri əzilmiş, deşikləri olan, çirklənmiş əlverişsiz banknotları aşkar etmək qabiliyyəti ilə banknotun uyğunluq və ya keyfiyyətə görə çeşidlənməsi
  • MR, MG, CİS, UV, İR əks etdirmə və ötürmə, eləcə də lent sensoru sayəsində saxta banknotların aşkarlanması
  • Tarixi, müştərilərin adı və seriya nömrəsi ilə hər bir əməliyyatın saxlanması və izlənməsi üçün Son İstifadəçi Aləti Proqramı (End User Tool)
  • Hər bir banknotun xarakterinə əsasən qarışıq valyutanı tanıma qabiliyyəti
  • Fərdi qəbul üstünlükləri sayəsində eyni anda maşından iki istifadəçinin yararlanmaq imkanı