İdeal 4705 sürətli və rahat kəsim üçün nəzərdə tutulmuş əlverişli avadanlıqdır. Şəffaf qalxanın iş zamanı avtomatik olaraq kilidlənməsi; möhkəm materialdan hazırlanmış əlavə qoruyucu arxa ekran; təhlükəsiz və rahat bıçaq dəyişdirmə imkanı cihazın əsas təhlükəsizlik xüsusiyyətlərindəndir. Bundan əlavə, qoruyucu şəffaf qalxanın konfiqurasiyası bir qədər dəyişmişdir ki, bu da dərinliyi məhdudlaşdırmadan ən aşağı hissəni kəsmə imkanı verir. Alman istehsalı olan cəlbedici və funksional dizaynlı məhsulun 475 mm-ə qədər kəsim mexanizmi mövcuddur.
Xüsusiyyətləri:
Kəsmə uzunluğu: 475 mm
Kəsmə hündürlüyü: 70 mm
Dar kəsim: 30 mm
Masa dərinliyi: 455 mm
Üstünlükləri:
Safety Cutting təhlükəsizlik sistemi
Ön masada yerləşən ölçmə imkanı
"Solingen metal" -dan yüksək keyfiyyətli bıçaq
Təhlükəsiz və rahat bıçaq dəyişdirmə
Keyfiyyətli alman istehsalı