High Chroma texnologiyasının yeni nəsili dünyaya gəlir. Genişləndirilmiş rəng çalarları ilə rəqəmsal çap avadanlığı AccurioPress C83hc özündən öncə gələn modelləri yeniləyərək, CMYK və sRGB dünyalarını bir araya gətirməklə çap dünyasında yeni imkanlar yaradır. Geniş rəng çalarları bu texnologiyada ənənəvi sxemdən istifadə edərək bir çap maşını üçün mövcud olandan daha çox rəngdə reproduksiya etməyə imkan verir.
AccurioPress C83hc ən müasir mühərrik üzərində qurulmuşdur və Konica Minolta-nın öndəgedən texnologiyasını tam güclə istifadə edə bilir. Limitlər yoxdur: Çapdan əvvəkli, çap və çapdan sonrakı proseslərin avtomatlaşdırılması, çap keyfiyyətinin avtomatik idarə olunması, istənilən istehsal mühitinə inteqrasiya və s.
Texniki baxımdan avadanlıq daha sürətlidir və müxtəlif çap materilalları ilə işləyir: çap sürəti 81 səh/dəq, kağız, sintetik daşıyıcılar, zərf, yapışqanlı kağız və s . materiallarla işləmə, formatı 330 x 1300 mm-dək, çap sıxlığı 350 qr-dək. Eyni zamanda, 762 mm uzunluğuna qədər olan vərəqlərin avtomatik rejimdə duplekslə işləməsi mümkündür!